Windows-a gələcək yeniləmələrlə təqdim ediləcək bu xüsusiyyət Android telefonun bütün fayllarına giriş icazəsi verir. İstifadəçi, Android cihazını sanki bir kabel ilə kompüterə qoşmuş kimi fayllarını idarə edə biləcək. Bildirilir ki, Android telefonlara simsiz giriş təmin edən bu metod kabeldən daha sürətlidir. Testlərə görə simsiz şəkildə telefondan kompüterə fayl köçürmə sürəti saniyədə təxminən 1.2 GBPS (150 MB/san) olaraq ölçülüb.
bu xüsusiyyət, 2025-ci ildən etibarən dəstəyi dayandırılacaq Windows 10-da da istifadə oluna biləcək. Bu xüsusiyyət əlçatan olduqda istifadə etmək üçün öncə istifadəçi, Windows 10 və ya Windows 11 kompüterində Microsoft Phone Link (Telefon Bağlantısı) tətbiqini həm Android telefonuna, həm də Windows kompüterinə yükləməli və telefon ilə kompüter arasında əlaqə qurmalıdır. Əgər Phone Link tətbiqi istifadəçinin kompüterində yoxdursa, tətbiqi Microsoft Store üzərindən asanlıqla yükləmək mümkündür. Daha sonra Android telefonunuzdan Phone Link tətbiqinə bütün giriş icazələrinin verildiyinə əmin olun. Telefon faylları avtomatik olaraq kompüterdə görsənəcək.