"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Android təhlükəli tətbiqləri daha yaxşı təyin edəcək

Google Play-in ən son versiyasının kodunda Live Threat Detection alətinin yeni funksiyalarına dair məlumatlar aşkarlanıb. Bu alət cihazda potensial təhlükəli proqram təminatını müəyyən etmək üçün istifadə olunur və tezliklə daha da səmərəli işləyəcək. Hazırda Live Threat Detection süni intellekt alqoritmlərindən istifadə edərək cihazdakı tətbiqlərin şübhəli davranışlarını aşkar edir. Yeniləmədən sonra smartfon istifadəçini xəbərdar edəcək ki, hər hansı tətbiq onun yerini və ya fəaliyyətlərini izləyir. Bu halda problemli tətbiqin silinməsi və ya icazələrinin məhdudlaşdırılması ilə bağlı tövsiyələr də təqdim olunacaq. İxtisaslaşmış media qurumlarının məlumatına görə, Live Threat Detection yaxın zamanda Play Protect Service bölməsində ayrıca səhifə əldə edəcək. Həmin səhifədə bu alətin potensial təhlükəli kimi müəyyən etdiyi tətbiqlərin siyahısı yer alacaq. Yenilik ilk olaraq müasir Pixel smartfon modellərində təqdim ediləcək, daha sonra isə Android 16 sisteminin standart komponentinə çevriləcəyi gözlənilir.