İnsayderlər Android kodunda yeni təhlükəsizlik funksiyasını aşkar ediblər. Aşkar edilmiş yeni təhlükəsizlik funksiyası şübhəli tətbiqlərlə mübarizəyə istiqamətlənib. Bu funksiya avtomatik şəkildə çalışacaq və şübhəli tərkibə sahib istənilən tətbiqi karantinə yerləşdirəcək. Karantin funksiyası Google Play Protect antivirus sisteminin növbəti yeni aləti olmalıdır. Əgər Google Play Protect hər hansısa şübhəli tətbiqi aşkar etsə, tətbiq əməliyyat sistemindən izolyasiya ediləcək. Tətbiqin ikonu ekranda olduğu kimi qalacaq. Lakin onu işə salmaq mümkün olmayacaq. Karantinə yerləşdirilmiş tətbiq bildirişlər göndərə, digər tətbiqlərdən mesajları əldə edə, zənglər yerinə yetirə və karantindən fərdi şəkildə çıxa bilməyəcək. Məlumatda qeyd edilib ki, bu yeni funksiya Android 15-də deyil, daha sonrakı Android versiyalarından birində istifadəyə verilə bilər.