Google şirkəti Android 14-də mobil rabitənin qorunmasına istiqamətlənmiş yeni təhlükəsizlik üsulu barəsində məlumat verib. Məlumatda qeyd edilib ki, Android 14 əməliyyat sistemi istifadəçiyə 2G şəbəkələr üzərində daha geniş idarə imkanını təqdim edəcək. Android 14 özündə smartfonlar və planşetlərdə 2G şəbəkələrinin deaktiv edilməsi özəlliyini birləşdirəcək. Bu özəllik Google şirkətinin Android Enterprise-dan istifadə edən korporativ müştəriləri və dövlət qurumları üçün aktiv olacaq. Məsələ burasındadır ki, 2G şəbəkələr bəzi risklərə sahibdirlər və həmin risklər çərçivəsində dələduzlar vacib konfidensial məlumatları ələ keçirə bilərlər.