Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasındaQıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov yekdilliklə Ali Məclis sədrinin müavini seçilib.
Qeyd edək ki, Anar İbrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini - aparat rəhbəri və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir.