"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Alimlər əbədi optik 5D yaddaş yaradıblar!

İngiltərədəki Southampton Universitetinin tədqiqatçıları insan genomunun bütün ardıcıllığını kiçik bir sikkədən böyük olmayan əbədi 5D optik yaddaş kristalında uğurla saxlayıblar. Bəşəriyyətin gələcək mümkün yenidən doğulması üçün nəzərdə tutulan bu daşıyıcı, artıq təhlükəsiz yerdə saxlanılır. Tədqiqatçılar, 5D yaddaş kritstalının 1000 °C-ə qədər temperatura, kosmik radiasiyaya və hər sm2 üçün 10 ton zərbəyə tab gətirə biləcəyini iddia edirlər. Beləliklə, alimlər heç vaxt qırılması mümkün olmayan əbədi optik 5D yaddaş hazırlayıblar.

Sauthemptondakı Optoelektronika Tədqiqat Mərkəzində hazırlanmış 5D yaddaş kristalları məlumatları 20 nm kimi kiçik “silikon içində yönləndirilmiş nanostrukturlu boşluqlara” yazmaq üçün ultrasürətli lazerlərdən istifadə edir. Bu texnologiyanın adında olan 5D, yaddaş mühitinin bütün həcminə yazmaq üçün iki optik ölçü və üç məkan koordinatından istifadə etdiyini bildirir. Tərtibatçılar iddia edirlər ki, onların metodu milyardlarla il ərzində 360 Tb-qədər məlumatı itirmədən bir kristalda saxlaya bilər. Alimlər hesab edirlər ki, uzaq gələcəkdə, elm orqanizmləri DNT ilə yenidən qura bildiyi zaman, bu əbədi kristalda saxlanılan genom xəritəsi bəşəriyyətin yenidən doğulması üçün etibarlı plana çevrilə bilər.

Kristallar insan genomundan başqa, nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin genomlarını da qoruyub saxlaya bilər ki, bu da iqlim dəyişikliyi, yaşayış mühitinin itirilməsi və digər ekoloji böhranlar nəticəsində yaranan ekzistensial təhlükələrlə üzləşir. Tədqiqatçılar artıq ehtiyat genomik kristalların birincisini Avstriyanın Hallstatt şəhərindəki duz mədəninin yeraltı arxivinə yerləşdiriblər. Yer üzündə yaşayan növlərin bu əbədi məlumat kristallarından yenidən doğulması daha çox elmi fantastika konsepsiyasına bənzəyir. Yenə də insan inanmaq istəyir ki, bizim nəslimiz, süni intellekt və ya planeti ələ keçirən başqa bir ağıllı həyat forması, insan sivilizasiyasının süqutundan milyardlarla il sonra insan genomunu deşifrə edəcək.