"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

ABŞ-da tam robotlaşdırılmış ilk stomatoloji əməliyyat həyata keçirilib

ABŞ-da dünya üzrə ilk dəfə olaraq tam robotlaşdırılmış stomatoloji əməliyyat süni intellektə malik robot tərəfindən insan üzərində həyata keçirilib.

ABŞ-ın diş texnologiyaları üzrə ixtisaslaşmış “Perceptive” kompaniyasının məlumatına görə, əməliyyat süni intellektə əsaslanan proqram təminatı ilə təchiz edilmiş robot vasitəsi ilə aparılıb.

Kompaniya bu sistemdən stomatoloji əməliyyatların sürətini və dəqiqliyini artırmaq üçün istifadə etmək istəyir. Həmçinin yeni texnologiya diş həkimi tərəfindən hər biri azı bir saat çəkən iki əməliyyatı 15 dəqiqə ərzində həyata keçirməyə imkan verir.