Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi çərçivəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvanpoçt” publik hüquqi şəxsi tərəfindən 9 oktyabr 2024-cü il tarixində Nazirliyin Aparatının və Naxçıvanpoçtun əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini-nazir vəzifəsini icra edən Rahid Ələkbərli bildirib ki, ölkəmizdə poçtun uzun bir tarixi yolu vardır. Azərbaycan ərazisində ilk poçt rabitəsi 1818-ci ilin iyun ayının 1-də yaradılıb və ilk poçt kontoru Gəncə şəhərində açılıb. Daha sonra Bakı və Naxçıvanda poçt ekspedisiyaları təşkil edilib.
Vurğulanıb ki, poçt sahəsində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə poçt sahəsinin inkişafı ilə bağlı bir çox konseptual strategiyalar qəbul edilib. Muxtar respublikada da iqtisadiyyatın və əhalinin sosial rifahının yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırıb. Digər sahələrdə olduğu kimi, poçt sahəsinin inkişafı, eləcə də əhaliyə göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir. Həmçinin, poçt sahəsi üzrə yeniliklər və gələcək perspektivlər haqqında da tədbir iştirakçılarına ətraflı məlumatlar verilib.
Sonra məruzə ətrafında qurumun əməkdaşlarının çıxışları dinlənilib, o cümlədən fəaliyyətlərində fərqlənən bir qrup əməkdaşa plaket və hədiyyələr təqdim edilib.