"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

6G bağlantısı üçün dünyada ilk antena hazırlanıb!

Artıq əksər ölkələrdə 5G texnologiyası populyarlaşır və müxtəlif regionlarda bu texnologiya istifadəyə verilir. Lakin indi Çinli tədqiqatçılar tərəfindən hələ 5G texnologiyası dünyada tam olaraq yayılmamış 6G bağlantısı üçün dünyada ilk antena hazırlanıb. Qeyd edək ki, tədqiqatçılar kompüter proqramlarından istifadə edərək elektromaqnit dalğalarının beş mühüm aspektini idarə edə bilən xüsusi antena hazırlayıblar.

UMA olaraq adlandırılan yeni antena elektromaqnit dalğalarının bütün əsas xüsusiyyətlərini dinamik, eyni vaxtda, müstəqil və dəqiq idarə etmək qabiliyyətinə malikdir. Habelə bu antena dünyada ilk 6G simsiz rabitə sistemlərində böyük təkmilləşdirmə olaraq da qiymətləndirilir. Habelə bu antena eyni vaxtda dalğaların nə qədər güclü olduğunu, onların vaxtını, tezliyini və istiqamətini tənzimləyə bilir. Bütün bu sadalanan xüsusiyyətləri eyni anda edə bilən antena isə dünyada ilk dəfə olaraq çin tədqiqatçıları tərəfindən hazırlanıb.

Yeni antenanın siqnalların istiqamətini idarə edə bilməsi təhlükəsizlik tərəfində də istifadəçilərin məxfiliyini artırır. Yeni antena ilə artıq demək olar ki, heç kimin söhbətlərini və ya digər məlumatlarını dinləmək və ya izləmək mümkün olmayacaq. Bununla da rabitə sistemlərində inqilab yaradacaq yeni antena artıq sınaq mərhələsindədir. Tədqiqatçıların fikrinə görə yeni antena müəyyən texnologiyalardan istifadə etməklə terahertz tezliklərinə qədər genişləndirilə bilər və holoqrafiya, 6G, kvant optikası və kvant informasiyası üzrə tətbiq oluna bilər.