"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

4 ay ərzində Naxçıvan şəhərində 600-ə yaxın abonent genişzolaqlı internetlə təmin olunub

Muxtar respublikada müasir texnologiyaların tətbiq edilməsi nəticəsində telekommunikasiya xidmətlərinin əhatə dairəsi artırılır, bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir, müasir rabitə sistemləri qurulur, sürətli internetə çıxış təmin olunur. Yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət artırılır.

Naxçıvan şəhərində də telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərininin müasir səviyyədə təşkili istiqamətində  müvafiq tədbirlər həyata keçirilib. 2023-cü ilin ötən 4 ayı ərzində 327 abonent yeni stasionar telefon xətti ilə, 577 abonent ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub. GPON (Giqabyte Passive Optical Network–Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində isə 40 abonentə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb, istismar müddəti ərzində fiber-optik xətlərdə yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Artan tələbat fonunda cari ilin yanvar ayında Qaraxanbəyli kəndində abonentlərin keyfiyyətli internet xidmətlərindən istifadə etmələri üçün istismarda olan Avtomat Telefon Stansiyasının internet tutumu artırılıb.

Həmçinin hesabat dövründə rabitə və internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, internet verilişində qırılmaların qarşısının alınması məqsədilə evlərdə monitorinqlər aparılıb,  yaranmış nasazlıqlar operativ olaraq aradan qaldırılıb.