"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

2023-cü ilin ən populyar 10 süni intellekt aləti açıqlanıb!

Süni intellekt sahəsində inanılmaz yeniliklərlə dolu olan 2023-cü il artıq yekunlaşır. Bəs gəlin görə bir çox şirkət tərəfindən təqdim edilən süni intellekt alətləri arasında ən yaxşısı və ya ən məşhuru hansı oldu. Aparılan sorğulara əsasən 2023-cü ilin ən populyar 10 süni intellekt aləti artıq məlumdur və ChatGPT siyahıya liderlik edir. Ümumiyyətlə bir çoxları tərəfindən süni intellekt sahəsində baş verən əhəmiyyətli yeniliklər və təkmilləşdirmələr səbəbindən 2023-cü il həm də süni intellekt ili adlandırılır.

Həqiqətən də bu il biz süni intellekt texnologiyaları ilə bağlı həm həyəcanverici, həm də narahatedici bir çox inkişaflara və yeniliklərə şahid olduq. İndi isə yüzlərlə süni intellekt aləti arasından 2023-cü ilin ən populyar süni intellekt aləti seçilib. Qeyd edək ki, Writerbuddy.ai mənbəsi tərəfindən aparılan sorğuya görə 2022-ci ilin sentyabrından 2023-cü ilin avqustuna qədər 14 milyarddan çox istifadəçi ziyarətinə sahib olan ChatGPT dünyanın ən məşhur süni intellekt vasitəsidir. Onun ardınca isə 3.8 milyard istifadəçisi olan Character.ai xidməti dayanır.

Göründüyü kimi siyahıda ChatGPT çox əzici fərqlə liderdir. Lakin yenə də siyahıda 3-cü sırada mətn yazmaq üçün nəzərdə tutulmuş 1.1 milyard istifadəçiyə sahib olan Quillbot dayanır. Bu ilin ən səs gətirən yeniliklərindən olan Midjourney isə 500.4 milyon istifadəçi ilə 4-cü, Hugging Face isə 316.6 milyon ilə 5-ci sırada dayanır. Hətta Google şirkətinin Bard çatbotu sadəcə 241.6 milyon istifadəçi ilə siyahıd 6-cı yerdə dayanır. Müvafiq olaraq NovelAI 238,7 milyon, Capcut 203,8 milyon, Janitor AI 192.4 milyon və Civitai 177,2 milyon ilə 7,8,9 və 10-cı sırada dayanır.