İPTV Texnologiyası (ing. İnternet Protocol Television) (İP TV, İP-televiziya) — İP protokolu üzrə məlumatların ötürülməsi şəbəkələrində rəqəmli interaktiv televiziya, televiziyanın yeni nəslidir.
İPTV yalnız İnternet üzərindən televiziya yayımı ilə məhdudlaşmır. İPTV, abunəçi telekommunikasiya şəbəkələrində yüksək səviyyəli giriş kanalları ilə son istifadəçini (müştəri) avadanlıqlar (Set Top Box) vasitəsilə birləşdirir. İPTV həm də korporativ və fərdi şəbəkələr üzərində media təmin etmək üçün istifadə olunur.
İPTV kompleksinin quruluşu adətən aşağıdakı tərkib hissədən ibarətdir:
Kompleksin və xidmətlərin idarəolunması subsistemi, digər adı "Aralıq proqram təminatı"
Məzmunun qəbulu və işlənilməsi subsistemi
Məzmunun müdafiəsi subsistemi
Video serverlərin subsistemi
Axın keyfiyyətinin və müştəri avadanlığının monitorinqi subsistemi.
Məzmunun müştəri avadanlığına çatdırılması Operatorun İP şəbəkəsi üzərindən həyata keçirilir.
İPTV-nin əsas keyfiyyəti videoxidmətlərin interaktivliyi və əlavə xidmətlərin (Video on Demand (VoD), TVoIP, Time Shifted TV, Network Personal Video Recorder, Electronic Program Guide, Near Video on Demand) mövcud olmasıdır.
İP protokolunun imkanları nəinki videoxidmətlərin, hətta daha çox xidmətlər paketinin, o cümlədən interaktiv və integrasiya olunmuş xidmətlərin görülməsinə imkan yaradır.
Əsas xidmətlə yanaşı İPTV əsas xidmətlər paketinə əlavə servisləri (Video Telephony, Voting, Information Portals, Web, Games, MOD KOD) daxil etmək imkanını yaradır. Bu imkanı, qurtaracaq qurğuların unifikasiyası və standartlaşdırılması, səsin, video və məlumatın İP protokolu əsasında inteqrasiyası və xidmətlərin vahid texnoloji platforma üzərində görülməsi yaradır.
İPTV bir videocərgə üçün iki və daha çox səs müşayiəti kanallarının istifadəsinə imkan verir, məsələn azərbaycan və ingilis dillərində, eyni zamanda kanallar polifonikdirlər.