Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Xəbərlər

2026-10-09 16:10:00

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kənd yerlərində rəqəmsal savadlılığın artırılması və müasir texnologiyalardan istifadənin təşviqi məqsədilə “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Şərur rayonunun Alışar kəndində sakinlər üçün növbəti maarifləndirici təlim təşkil olunub.
Təlim zamanı iştirakçılara internetdən səmərəli və təhlükəsiz istifadə, myGov və digər elektron dövlət xidmətləri, onlayn ödənişlər, süni intellekt, distant təhsil və kibertəhlükəsizlik barədə praktiki məlumatlar verilib.
Eyni zamanda, kənd sakinlərinin istehsal etdikləri məhsulların elektron ticarət platformaları və sosial şəbəkələr vasitəsilə satışı, poçt xidmətləri ilə alıcılara çatdırılması, kənd evlərinin onlayn platformalarda təqdim edilməsi, kənd turizminin inkişafı və əlavə gəlir imkanları barədə maarifləndirmə aparılıb.
Layihənin əsas məqsədi ənənəvi poçt xidmətlərinə tələbatın azalması fonunda mövcud poçt infrastrukturundan və əməkdaşların potensialından səmərəli istifadə etməklə kənd poçt şöbələrini rəqəmsal bilik, maarifləndirmə və dəstək mərkəzlərinə çevirməkdir.
Layihənin mərhələli şəkildə Naxçıvan Muxtar Respublikasının bütün şəhər və rayonlarını, o cümlədən ucqar kənd yaşayış məntəqələrini əhatə etməsi nəzərdə tutulur. Bununla da əhalinin rəqəmsal savadlılığının artırılması, elektron xidmətlərə əlçatanlığının genişləndirilməsi, kənd sakinlərinin rəqəmsal iqtisadiyyata inteqrasiyası, yerli məhsulların onlayn satışının və kənd turizminin təşviqi hədəflənir.
Layihə çərçivəsində poçt əməkdaşlarının kənd sakinlərinə rəqəmsal xidmətlər üzrə praktiki dəstək göstərməsi, kompüter və internet imkanları məhdud olan vətəndaşların isə poçt şöbələrində yaradılacaq şəraitdən ödənişsiz istifadə etməsi nəzərdə tutulur.
Rəqəmsal xidmətlərdən istifadə ilə bağlı məlumat və praktiki dəstək almaq istəyən sakinlər “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin layihəyə cəlb edilmiş kənd poçt şöbələrinə müraciət edə bilərlər.
img Kopyala
Kopyalandı ✓