Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Xəbərlər

2026-08-07 17:00:00

Naxçıvanda mikromobilliyin təşviqi istiqamətində yeni addım

Naxçıvan şəhərində velosiped və elektrik skuterləri üçün xüsusi parklanma və enerji doldurma qurğusu quraşdırılıb.
Atatürk küçəsi 1 ünvanında, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısında yerləşən qurğudan Nazirliyin və tabeli qurumların əməkdaşları, eləcə də ərazidəki poçt bölməsindən istifadə edən vətəndaşlar yararlana biləcəklər.
əşəbbüsün məqsədi qısa məsafələrdə alternativ nəqliyyat vasitələrindən istifadəni təşviq etmək, ekoloji təmiz nəqliyyat vərdişlərini formalaşdırmaq və şəhərdə mikromobilliyin inkişafına dəstək olmaqdır.
İlkin mərhələdə pilot layihənin nəticələri qiymətləndiriləcək. Tələbat nəzərə alınaraq, gələcəkdə bu tip qurğuların şəhərin digər ərazilərində də quraşdırılması nəzərdə tutulur.

img Kopyala
Kopyalandı ✓