Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Xəbərlər

2026-11-05 15:15:00

Nazirlikdə könüllülərlə görüş keçirilib

Noyabrın 6-da Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllülük fəaliyyətinə yeni başlayan tələbələrlə görüş keçirilib.
“Rəqəmsal könüllülər” layihəsi çərçivəsində təşkil olunan görüşdə Naxçıvan Dövlət Universitetinin İT, Kompüter, Elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə tələbələri iştirak ediblər.
Layihənin əsas məqsədi, gənclərin şəxsi və peşəkar inkişafı üçün yaratdığı imkanlar, eləcə də müasir dövrdə rəqəmsal bilik və bacarıqların əhəmiyyəti diqqətə çatdırılıb.
Bildirilib ki, layihə çərçivəsində könüllülər Nazirliyin fəaliyyət istiqamətləri ilə yaxından tanış olacaq, real iş mühitində təcrübə qazanacaq, həmçinin müxtəlif layihə və təşəbbüslərin həyata keçirilməsində iştirak edəcəklər.
İnteraktiv müzakirə formatında davam edən görüşdə iştirakçıların sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.
“Rəqəmsal könüllülər” layihəsi gənclərin potensialının üzə çıxarılması, rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və onların informasiya texnologiyaları sahəsində gələcək fəaliyyətə hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

img Kopyala
Kopyalandı ✓