Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Xəbərlər

2026-11-13 15:25:00

Məktəblərdə “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib

 

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində 11–13 noyabr tarixlərində “Təhlükəsiz internet – təhlükəsiz gələcək” adlı maarifləndirici layihə həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində Naxçıvan şəhərindəki 1, 5, 7, 12 və 14 nömrəli ümumtəhsil məktəblərində seminar-dərslər təşkil olunub.

Nazirliyin əməkdaşları tərəfindən məktəblərin dərs cədvəlinə uyğun olaraq informatika fənni çərçivəsində keçirilən təlimlərdə şagirdlərə internetdən təhlükəsiz istifadə qaydaları barədə ətraflı məlumat verilib. Təlimlər zamanı şəxsi məlumatların qorunması, sosial şəbəkələrdən təhlükəsiz istifadə, kibertəhlükələrdən müdafiə yolları, güclü və etibarlı şifrələrin yaradılması, rəqəmsal izin mahiyyəti və onun internet mühitində yaratdığı təsirlər diqqətə çatdırılıb. Eyni zamanda, şübhəli keçidlərin və saxta hesabların müəyyənləşdirilməsi, mümkün kiber risklərdən qorunma üsulları, rəqəmsal mühitdə təhlükəsiz ünsiyyət və davranış qaydaları izah olunub.

Seminarların interaktivliyini təmin etmək və şagirdlərin mövzuya marağını artırmaq məqsədilə test tapşırıqları, sual-cavab sessiyaları və maarifləndirici oyunlar təşkil edilib. Bu fəaliyyətlər vasitəsilə şagirdlərin rəqəmsal təhlükəsizliklə bağlı bilikləri yoxlanılıb, gündəlik internet istifadəsi zamanı diqqətli və məsuliyyətli davranışın əhəmiyyəti vurğulanıb.

 

img Kopyala
Kopyalandı ✓