"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Uşaqları zərərli informasiyalardan qoruyaq” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Ombudsman aparatının, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, daxili işlər, rəqəmsal inkişaf və nəqliyyat nazirliklərinin əməkdaşları, həmçinin “Günəş Uşaq Akademiyası” ictimai birliyinin nümayəndəsi, kollecin müəllim və tələbələri iştirak edib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Ombudsman aparatının şöbə müdiri Sərxan Əkbərov və Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov uşaqların zərərli informasiyalardan qorunmasının insan hüquqlarının müdafiəsi baxımından strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayıb, bu məqsədlə təşkil olunan tədbirlərin cəmiyyətin maarifləndirilməsi və hüquqi şüurun formalaşdırılması istiqamətində mühüm rol oynadığını qeyd ediblər.
Daha sonra Ombudsman aparatının əməkdaşı Nuranə Kərimova “Uşaqları zərərli vərdiş və informasiyalardan qoruyaq”, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Səttar Əsgərov “Zərərli informasiyanın yayılması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət”, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı İnci Həsənova “Uşaqlar üçün təhlükəsiz rəqəmsal mühit”, “Günəş Uşaq Akademiyası” ictimai birliyinin təsisçisi və direktoru Ulduz Əliyeva “Uşaqları zərərli vərdişlərdən qorumaq üçün valideyn və müəllim nələrə diqqət yetirməlidir?” mövzularında çıxış edərək iştirakçılara geniş məlumat veriblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və dövlət uşaq siyasətinə dair videoçarx nümayiş etdirilib.