"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Səssiz fikirləri real nitqə çevirən beyin çipi hazırlanıb!

Stenford Universitetinin alimləri beyindəki səssiz fikirləri real nitqə çevirə bilən yeni beyin-kompüter interfeysi (BCI) hazırlayıblar. Əvvəlki texnologiyalar yalnız insan həqiqətən danışmağa çalışdıqda yaranan siqnalları aşkar edə bilirdi. Ancaq bu sistem insanın səssizcə beynində düşündüyü sözləri də deşifrə edə bilir.

Tədqiqatda ALS və beyin sapı insultuna görə ağır iflic olan 4 nəfər iştirak edib. İştirakçılardan biri yalnız gözlərini qaldıraraq “hə” və yana çevirərək “yox” deyə bilərdi. Mikroskopik elektrod massivləri subyektlərin motor korteksinə, nitqlə bağlı hərəkətləri idarə edən beyin sahəsinə implantasiya edilib. Bu texnologiya uzun illərdir beyin-kompüter interfeysləri üzərində işləyən BrainGate BCI konsorsiumu tərəfindən hazırlanıb. Elektrodlar nitq və hərəkətlə bağlı beyin fəaliyyətini qeydə alıb. İştirakçılardan sözləri ucadan söyləmələri və ya sadəcə onları təsəvvür etmələri xahiş olundu. Daha sonra süni neyron şəbəkələri fonemləri (nitqdəki ən kiçik səs vahidləri) ayırd etmək üçün bu beyin fəaliyyətindəki nümunələri təhlil etdi. Sistem bu fonemləri real vaxtda söz və cümlələrə çevirib.

Nəticələr göstərir ki, iştirakçıların sadəcə olaraq başlarında düşündükləri sözlər real nitqdən daha zəif siqnallar yaradır. Buna baxmayaraq, sistem səssiz nitqi 74 faizə qədər dəqiqliklə deşifrə edə bilib. Stenford Universitetinin nevroloqu, tədqiqatın aparıcı müəllifi Erin Kunz, “Biz ilk dəfə olaraq, sadəcə söhbət haqqında düşünərkən beyin fəaliyyətinin nə olduğunu başa düşə bildik. Şiddətli nitq və motor qüsurları olan insanlar üçün daxili nitqi tanıyan neyrokompüter interfeysləri ünsiyyəti asanlaşdıra və daha təbii edə bilər” deyə bildirib.