"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Şəhid Baş leytenant Nihat Quluzadənin xatirəsi ehtiramla anılıb

Yanvarın 24-də şəhid Baş leytenant Quluzadə Nihat Qasım oğlunun anadan olmasının ildönümü münasibətilə onun doğulduğu Ordubad rayonunun Unus kəndində anım mərasimi keçirilib.
Mərasimdə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları və şəhidin yaxınları onun əziz xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüblər.
Qeyd edək ki, Nihat Quluzadə 24 yanvar 1997-ci ildə Ordubad rayonunun Unus kəndində anadan olub. O, Heydər Əliyev adına Hərbi Liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib, Azərbaycan Respublikası Silahlı Qüvvələrində taqım komandiri vəzifəsində xidmət edib.
Şəhidimiz 44 günlük Vətən müharibəsində və digər döyüş tapşırıqlarının icrası zamanı göstərdiyi igidlik və peşəkarlığa görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən orden və medallarla təltif olunub.
Baş leytenant Nihat Quluzadə 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin atası Qasım Quluyev "Naxçıvan Telekom" MMC-nin Ordubad Rayon Sektorunda sürücü vəzifəsində işləyir.