
Yanvarın 29-da Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov Sədərək rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə və nazir müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov Ümummilli Lider Heydər Əliyevin Sədərək rayonunda ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstəsi qoyublar.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib və həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı il üzrə rayonlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq keçirilib.