"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Sədərək rayonunda vətəndaş qəbulu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı il üzrə rayonlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, 29 yanvar saat 11:00-da Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov Sədərək rayonunda vətəndaşları qəbul edəcək.
 
Qəbul Sədərək Rayon Rabitə Evində keçiriləcək.
 
Qəbula yazılmaq və əlavə məlumat əldə etmək üçün Nazirliyin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
 (036) 550-99-04
 (010) 230-71-65
 
#RİNN #VətəndaşQəbulu #Sədərək