"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Şahbuzda vətəndaş qəbulu keçirilib

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov 26 noyabr 2025-ci il tarixində Şahbuz rayonunda vətəndaş qəbulu keçirib.

Qəbuldan əvvəl Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və nazir müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.

Qəbul zamanı sakinlərin telekommunikasiya, poçt və nəqliyyat sahələri, eləcə də iş təminatı ilə bağlı müraciətlər dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərinin operativ şəkildə araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlara göstərişlər verilib.