"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Rəqəmsal cəmiyyətdə informasiya azadlığı mövzusunda məlumat sessiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə 26 noyabr Ümumdünya İnformasiya Gününə həsr olunmuş “Rəqəmsal cəmiyyətdə informasiya azadlığı: beynəlxalq və milli hüquq konteksində”  məlumat sessiyası keçirilib.

İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində keçirilən tədbirdə Ombudsman aparatının, ictimai birliyin, informasiya sahibi olan dövlət orqanlarının əməkdaşları, həmçinin media nümayəndələri iştirak edib. 

Ombudsman aparatının şöbə müdiri Vahidə Bayramova və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Cavid Mustafayev tədbirin açılışında çıxış edərək rəqəmsal mühitdə informasiya azadlığının təmin olunmasının insan hüquqlarının müdafiəsi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb, bu məqsədlə təşkil olunan məlumat sessiyasının müasir hüquqi çağırışlara cavab vermək və ictimai maarifləndirməni gücləndirmək baxımından mühüm rol oynadığını qeyd ediblər.

Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin sədri Esmira Tağıyeva çıxış edərək Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nın əhəmiyyətini vurğulayıb, həmçinin informasiya azadlığının beynəlxalq və milli hüquq normalarında tənzimlənməsi, bu azadlığın ifadə hüququ, şəxsi həyatın toxunulmazlığı və məlumatların qorunması ilə əlaqəsi barədə məlumat verib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.