"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini
inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında
irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"
Heydər Əliyev
"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının,
ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün
rabitə indi çox mühüm bir vasitədir"
Heydər Əliyev
"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon
rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac
və tələbatına daha çox fikir verməkdən ibarətdir"
Heydər Əliyev
"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan
işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"
Heydər Əliyev
"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir
vasitədir"
Heydər Əliyev
Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti MWC Barcelona 2026 beynəlxalq sərgisində iştirak edib
İspaniya Krallığının Barcelona şəhərində keçirilən dünyanın ən nüfuzlu texnologiya tədbirlərindən biri olan Mobile World Congress Barcelona 2026 beynəlxalq sərgisində Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət iştirak edib.
Nazir müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov tədbir çərçivəsində keçirilən panel müzakirələrində, təqdimatlarda və texnologiya sərgilərində iştirak edərək mobil rabitə, 5G texnologiyaları, süni intellekt, bulud xidmətləri, peyk texnologiyaları və rəqəmsal infrastruktura dair ən son yeniliklərlə tanış olub.
Sərgi çərçivəsində bir sıra beynəlxalq texnologiya şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı Naxçıvan Muxtar Respublikasında rəqəmsal infrastrukturun inkişafı, genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi, fiber-optik rabitə xətlərinin qurulması, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq və innovativ texnologiyaların tətbiqi istiqamətində mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, sərgidə Azərbaycan Respublikasını təmsil edən bir sıra texnologiya və innovasiya şirkətləri də öz məhsul və xidmətlərini təqdim ediblər. Xüsusilə Azercosmos tərəfindən qurulan stenddə Azərbaycanın kosmik sənayesi, peyk rabitəsi xidmətləri və kosmik texnologiyalar sahəsində əldə olunan nailiyyətlər nümayiş etdirilib. Nümayəndə heyəti həmin stendlə də tanış olaraq peyk rabitəsi, məlumat ötürülməsi və kosmik texnologiyaların tətbiqi istiqamətində fikir mübadiləsi aparıb.
Tədbir çərçivəsində əldə olunan təcrübənin və qurulan əlaqələrin Naxçıvan Muxtar Respublikasında həyata keçirilən rəqəmsal transformasiya layihələrinin, xüsusilə müasir telekommunikasiya infrastrukturunun qurulması və rəqəmsal xidmətlərin inkişafının daha da sürətləndirilməsinə töhfə verəcəyi qeyd olunub.
Qeyd edək ki, hər il Barselona şəhərində keçirilən Mobile World Congress beynəlxalq sərgisi mobil rabitə, rəqəmsal texnologiyalar və innovasiya sahəsində dünyanın ən böyük və nüfuzlu platformalarından biridir. Dünyanın müxtəlif ölkələrindən dövlət qurumları, mobil operatorlar, texnologiya şirkətləri və startaplar bu tədbirdə iştirak edərək ən son texnoloji yenilikləri nümayiş etdirir və beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edirlər.