"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubiley konfransı keçirilib

Dekabrın 1-də Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubileyi münasibətilə “Ulu Öndər Heydər Əliyevin ideyalarının işığında Naxçıvan Dövlət Texniki Kollecinin inkişaf yolu” adlı konfrans keçirilib.

Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev, Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev,  dövlət və hökumət rəsmiləri, Ali Məclisin deputatları, ictimaiyyət nümayəndələri və kollecin kollektivi iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Naxçıvan Dövlət Texniki Kollecinin bir əsrlik inkişaf yoluna həsr olunmuş sərgiyə baxıblar.

Konfransda kollecin 100 illik inkişaf yolu, təhsildə modern yanaşmalar, innovativ təlim mühiti və son illərin uğurları diqqətə çatdırılıb. Kollecin əməkdaşları müxtəlif mükafat və fəxri fərmanlarla təltif olunublar.

Həmçinin kollecə muxtar respublikada orta ixtisas təhsilinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə və 100 illik yubiley münasibətilə Ali Məclisin fəxri fərmanı təqdim edilib.

AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev kollecə hədiyyə təqdim edib.