"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“N-Telekom” publik hüquqi şəxsin idarə heyətinin sədri və müavini kollektivə təqdim olunub

Mayın 6-da Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yeni yaradılmış “N-Telekom” publik hüquqi şəxsin idarə heyətinin sədri Tağı Tağızadəni və sədr müavini Rəşad İbrahimovu kollektivə təqdim edib.
Təqdimatda çıxış edən Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov hər iki əməkdaşı təyinat münasibəti ilə təbrik edib, hazırki inkişaf mərhələsində cənab Prezidentin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda qarşıya qoyduğu vəzifələrdən danışıb, müəyyən edilmiş hədəflərin reallaşması istiqamətində görüləcək işlərdə uğurlar arzulayıb.
Qeyd edək ki, “N-Telekom” Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi və rayon (şəhər) rabitə idarələrinin bazasında yaradılmış yeni qurumdur. “N-Telekom” informasiya kommunikasiya texnologiyaları, rəqəmsallaşma, data mərkəzləri, internet, rəqəmsal TV xidmətləri və rabitə (telekommunikasiya) sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.