"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Microsoft işçilərinin 3%-ni ixtisar edəcək

Microsoft şirkəti bütün dünyadakı bölmələrində çalışan əməkdaşlarının 3%-ni ixtisar edəcəyini elan edib. Şirkət 25.8 milyard dollarla rekord səviyyədə rüblük mənfəət əldə etməsinə baxmayaraq, bu qərarı dinamik bazar şəraitinə uyğunlaşmaq və idarəetmə səviyyələrini azaltmaq zərurəti ilə əsaslandırıb. Bildirilir ki, bu, 2023-cü ilin əvvəlindən bəri baş verən ən böyük ixtisar dalğasıdır. Microsoft təsdiqləyib ki, ixtisarlar bütün səviyyələrdəki əməkdaşlara şamil olunacaq, lakin bu qərar onların fəaliyyət nəticələri ilə əlaqəli deyil. Windows Central portalı şirkət nümayəndələrinə istinadən qeyd edib ki, bu qərar bazarın sürətlə dəyişdiyi şəraitdə daha əlverişli mövqe tutmaq məqsədilə təşkilati dəyişikliklərlə bağlıdır.

İyunun sonuna olan məlumata görə, Microsoft-da 228 min nəfər çalışırdı, bu da təxminən 6800 nəfərin işdən azad olunacağı deməkdir. Yanvar ayında fəaliyyət göstəriciləri ilə əlaqəli olaraq müəyyən sayda əməkdaşın ixtisarı baş vermişdi, lakin hazırkı ixtisar dalğasının struktur xarakterli olduğu izah edilir. Qeyd edək ki, oxşar addımı yaxın vaxtlarda Amazon da atmış və idarəetmədəki “lazımsız səviyyələrdən” imtina etmişdi. Elə ötən həftə isə CrowdStrike şirkəti əməkdaşlarının 5%-ni ixtisar edəcəyini açıqladı. Bütün bunlar informasiya texnologiyaları sektorunda yeni bir tendensiyanın formalaşdığını göstərir.