"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“İnnovasiya” üzrə Alt İşçi Qrupunun iclası keçirilib

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial–iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “İnnovasiya” üzrə Alt İşçi Qrupunun ilk iclası keçirilib.

İclasda Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Alt İşçi qrupunun rəhbəri Azər Məmmədrəhimov və Alt İşçi qrupunun üzvləri iştirak ediblər.

Tədbir zamanı 2027–2030-cu illərdə innovasiya sahəsində həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qrup üzvləri innovasiya ekosisteminin gücləndirilməsi, startapların inkişafı, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və regionlarda innovativ fəaliyyətin stimullaşdırılması ilə bağlı təkliflər səsləndiriblər.

İştirakçılar, həmçinin rəqəmsal transformasiya, süni intellekt və yüksək texnologiyalar üzrə milli potensialın artırılması istiqamətlərində görüləcək işləri müzakirə ediblər.

Qeyd edək ki, “İnnovasiya” üzrə Alt İşçi Qrupu cənab Prezidentin müvafiq Sərəncamına əsasən 2027–2030-cu illər üçün Strategiyanın hazırlanması çərçivəsində yaradılıb və əsas məqsədi innovasiya sahəsində inkişaf prioritetlərini və strateji hədəfləri müəyyənləşdirməkvə bu sahəyə dair təkliflər hazırlamaqdır.

İclasın sonunda qarşıdakı dövr üçün fəaliyyət planı və növbəti görüşlərin mövzuları üzrə razılıq əldə olunub.