"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Əməkdaşımız şahmat yarışında III yeri qazanıb

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş şahmat birinciliyi keçirilib.
Gərgin və maraqlı mübarizə şəraitində baş tutan turnirin yekun nəticələrinə əsasən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının əməkdaşı Mətləb Məhərrəmli 5,5 xal toplayaraq üçüncü yerə layiq görülüb. O, müvafiq olaraq diplom, medal və xatirə hədiyyəsi ilə təltif olunub. O cümlədən, Nazirliyin tabeliyindəki "Naxçıvanpoçt" MMC-nin əməkdaşı Yeganə Tağızadə dövlət qurumlarının qadın əməkdaşları arasında keçirilən şahmat oyununda birincilikdə fərqləndiyinə görə Fəxri Fərmanla təltif edilib.
Əməkdaşlarımızı əldə etdikləri nailiyyət münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Qeyd edək ki, Naxçıvan Şahmat Mərkəzində təşkil olunan yarışda ümumilikdə 40 iştirakçı mükafatlar uğrunda mübarizə aparıb.