"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd olunub

Fevralın 10-da Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Təhsil Nazirliyinin birgə təşkilatçılığı əsasında Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə “Uşaqlar üçün təhlükəsiz rəqəmsal mühit” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir “Beynəlxalq Təhlükəsiz İnternet Günü” münasibətilə, həmçinin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” çərçivəsində təşkil olunub.

Məktəbin şagird və müəllimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə təhsil ocağının direktoru Tahirə Qasımova çıxış edərək təhlükəsiz internetdən istifadənin əhəmiyyətini vurğulayıb. O, şagirdlərin rəqəmsal mühitdə məsuliyyətli davranış qaydalarına əməl etmələrinin vacibliyini qeyd edib və tədbirin məqsədi barədə iştirakçılara məlumat verib.

Maarifləndirici tədbirdə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları Kənan Hüseynəliyev və Turqay Məhərrəmov çıxış edərək şagirdlərə təhlükəsiz internet anlayışı, internetdən düzgün və məsuliyyətli istifadə, eləcə də şəxsi məlumatların qorunması mövzularında ətraflı məlumat veriblər. Çıxışlar zamanı onlayn risklər və onlardan qorunma yolları, kiberzorakılıq və onun fəsadları, naməlum keçidlər, saxta profillər, habelə sosial şəbəkələrdə düzgün davranış qaydaları izah olunub.

Tədbir çərçivəsində mövzuya dair videoçarx nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılmaqla interaktiv sual-cavab sessiyası keçirilib.