İnsayderlər Android 14-ün kodunda iPhone istifadəçilərinə yaxşı tanış olan funksiyanı aşkar ediblər. Söhbət, Battery Health funksiyasından gedir. Beləliklə yaxın zamanda Android istifadəçiləri öz cihazlarının batareyalarının ömürlərinin nə qədər qaldıqlarını öyrənə biləcəklər. Android 14 QPR2 Beta 2-də olan sözügedən funksiya hal-hazırda heç bir faydalı məlumatı əks etdirmir. Lakin funksiyanın mənbə koduna əsasən güman edilir ki, o, cihazdakı batareyanın real həcmini əks etdirə biləcək. Gözləntilərə əsasən sözügedən funiksiya həmçinin cihazdakı batareyanın vəziyyətinin pisləşdiyi və ya onda hansısa problemin olduğu halda bu barədə istifadəçini məlumatlandıracaq. Bu yeni funksiyanın stabil Android versiyalarında nə zaman istifadəyə veriləcəyi bilinmir.